ANTROPOGEN DÖVR, KAYNOZOYUN DÖRDÜNCÜ DÖVRÜ

neogendən sonra başlayıb hazırda da davam edir; pleystosen və holoseni əhatə edir. A.d. həm də dördüncü dövr adlanır. A.d.-ün uzunluğu müxtəlif sxemlərə görə 0,6-3,5 mln il təşkil edir. A.d. şüurlu insanın meydana gəlməsi dövrüdür. Dövrün adı da elə onunla bağlıdır.
ANTROPOGEN ÇİRKLƏNMƏ
ANTROPOGEN LANDŞAFT
OBASTAN VİKİ
Dördüncü dövr
Dördüncü dövr ― Beynəxalq Stratiqrafiya Komissiyasının (ICS) geoloji vaxt bölgüsündə Kaynozoy erasının üçüncü – ən sonuncu dövrüdür. O Neogen dövründən sonra gəlir və 2.58 milyon il əvvəldən bu günə qədər olan dövrü əhatə edir. Dördüncü dövr iki epoxaya bölünür: Pleystosen (2.58 milyon il əvvəldən 11.7 min il əvvələ qədər) və Holosen (11.7 min il əvvəldən bu günə qədər). Bu nisbətən qısa geoloji zaman kəsiyində Yerin müasir siması və təbiətinin formalaşması, insanın meydana gəlməsi və inkişafı bağlıdır. Nəhayət Dördüncü dövr çöküntülərində bir sıra faydalı qazıntı yataqları yerləşir. Buna görə də Dördüncü dövr digər geoloji dövrlərlə müqayisədə çox qısa olsa da müstəqil dövr kimi ayrılır. Dördüncü dövr temini 1759-cu ildə italyan geoloqu Covanni Ardyuno tərəfindən İtaliyanın şimalındakı Po çayının vadisindəki alyüvial yataqlar üçün təklif etmişdir. 1829-cu ildə Jules Desnoyers Fransanın Sien hövzəsinin çöküntüləri üçün təqdim etmişdir. Bu çöküntülərin Üçüncü Dövrün süxurlarına nisbətən cavan olduğu açıq-aşkar görünürdü. Dördüncü dövr Neogen Dövründən sonra gəlir və bu günə qədər uzanır.
Dördüncü dövr buzlaşmaları
Dördüncü dövr buzlaşmaları (həmçinin pleystosen buzlaşması kimi də tanınır) 2,58 milyon il bundan əvvəldən başlayan və davam edən dördüncü dövr boyu bir-birini əvəz edən buzlaq və buzlaqlararası dövrlər seriyasının adıdır
Antropogen
Dördüncü dövr ― Beynəxalq Stratiqrafiya Komissiyasının (ICS) geoloji vaxt bölgüsündə Kaynozoy erasının üçüncü – ən sonuncu dövrüdür. O Neogen dövründən sonra gəlir və 2.58 milyon il əvvəldən bu günə qədər olan dövrü əhatə edir. Dördüncü dövr iki epoxaya bölünür: Pleystosen (2.58 milyon il əvvəldən 11.7 min il əvvələ qədər) və Holosen (11.7 min il əvvəldən bu günə qədər). Bu nisbətən qısa geoloji zaman kəsiyində Yerin müasir siması və təbiətinin formalaşması, insanın meydana gəlməsi və inkişafı bağlıdır. Nəhayət Dördüncü dövr çöküntülərində bir sıra faydalı qazıntı yataqları yerləşir. Buna görə də Dördüncü dövr digər geoloji dövrlərlə müqayisədə çox qısa olsa da müstəqil dövr kimi ayrılır. Dördüncü dövr temini 1759-cu ildə italyan geoloqu Covanni Ardyuno tərəfindən İtaliyanın şimalındakı Po çayının vadisindəki alyüvial yataqlar üçün təklif etmişdir. 1829-cu ildə Jules Desnoyers Fransanın Sien hövzəsinin çöküntüləri üçün təqdim etmişdir. Bu çöküntülərin Üçüncü Dövrün süxurlarına nisbətən cavan olduğu açıq-aşkar görünürdü. Dördüncü dövr Neogen Dövründən sonra gəlir və bu günə qədər uzanır.
Dövr
Dövr ərəb sözüdü (دور), цикл (rusca), cycle (ingiliscə), devir, devre(türkcə) yəni devrə, dolanma, bir şeyin öz oxu ətrafında hərəkəti, bir şeyi təkrarlama, gəzib dolanib əvvəlki vəziyyətə qayıtma. Dövr (astronomiya) — Günəş dövrülüyü Dövr (məclisin baş tərəfi) — Dövr (geologiya) — Geologiyada bir geoloji sistemin çöküntülərinin əmələ gəlməsi üçün lazım olan vaxt (zaman).
Antropogen eroziya
Antropogen eroziya -İnsanın səmərəsiz təsərrüfat fəaliyyəti nəticəsində torpaqların və ana süxurların səth suları vasitəsilə sürətlə dağılması.
Antropogen faktorlar
Antropogen faktorlar — insanın bioloji və sosioloji varlıq kimi ətraf mühitə dolayı yolla (bilavasitə) təsiri. R.Ə.Əliyeva, Q.T.Mustafayev. “Ekologiya” dərs vəsaiti. Bakı, “Bakı Dövlət Universiteti” nəşriyyatı, 2004, s. 379 – 384.
Antropogen landşaft
Antropogen landşaft — insanın təsərrüfat fəaliyyəti nəticəsində dəyişdirilmiş təbii landşafta, həmçinin insanın yaratdığı təbii- istehsal komplekslərinə, şəhər, qəsəbə, texnogen, kənd təsərrüfatı landşaftlarına deyilir. Antropogen landşaftlar hal-hazırda Yerin quru sahəsinin təxminən 50 %-ni əhatə edir. Antropogen landşaftlar özünü tənzimləyən təbii landşaftdan fərqli olaraq, insanın nəzarəti altında olub, idarə olunur. Müasir dövrdə elm və texnikanın, məhsuldar qüvvələrin sürətli inkişafı yerin landşaft sferasının təbiətində əsaslı şəkildə ciddi struktur dəyişmələri yaratmışdır. XX əsrin 60–70-ci illərindən başlayaraq antropogen landşaftların öyrənilməsinə maraq xeyli artmışdır. XIX əsrin ortalarından başlayaraq tədricən maşınlı sənayenın yaranması ilə dünyada və Azərbaycanda təbii ehtiyatların mənimsənilməsinin yeni, daha dağıdıcı və təbii landşaftlara qarşı amansız müdaxilə mərhələsi başlayır. Bu dövr XX əsrin ortalarına kimi davam edir. Quba, Qusar, Gədəbəy, Daşkəsən, Masallı, Lənkəran və s. inzibati ərazilərdəki dağ meşələri antropogen təsirlərlədən əsaslı şəkildə ziyan görür. Hazırda bu ərazilərdəki meşələrin əsas hissəsi təkrar törəmə meşələrdir.
Antropogen maddə
Antropogen maddə — insanın fəaliyyəti nəticəsində Yerin sferlərinə qoşulan yeni kimyəvi birləşmələr. Antropogen maddələr insan fəaliyyəti sayəsində kimyəvi maddələrin yer sferinə daxil olması. Antropogen maddənin bir hissəsi təbii dövrana daxil olaraq tez-gec ekosistemdə utilləşir, təbiətə yad olan süni birləşmələr, canlı orqanizmlər və abiotik agentlər tərəfindən olduqca tədricən parçalanaraq təbii madələr mübadiləsindən kənarda qalır, onlar biosferdə toplanaraq həyat üçün təhlükəli sayılır. Bu kimyəvi elementlərə yerin dərinliklərindən səthinə çıxarılan ağır metalları və adətən təbii şəraitdə kiçik ərazilərdə və böyük olmayan konsentrasiyada yayılan radioaktiv maddələri misal göstənnək olar.
Antropogen relyef
Antropogen terminlər
Antropogen terminlər-(yun. Antropos-insan) İnsanın təsərrüfat fəaliyyəti nəticəsində baş verir, o cümlədən təbii çirklənmənin tərkibinə və intensivliyinə bilavasitə və vasitəli təsir göstərir. Məsələn: hidrotikintilər aparmaq, yol örtüyü salmaq yolu ilə və s. İnsanların düzgün olmayan təsərrüfat fəaliyyəti (meyilli yamacların başdan-başa şumlanması, meşələrin məhv edilməsi, otarma və suvarma normalarının pozulması, müxtəlif qazıntı işləri və s.) nəticəsində baş verən eroziya prosesi. Qurunun insan fəaliyyəti nəticəsində dəyişilmiş və ya yaradılmış relyefi. İki cür antropogen relyef ayrılır: kortəbii və istiqamət verilmiş antropogen relyef (yamaclarda düzəldilən terraslar, tökmələr, torpaq bənd və s.) İnsan fəaliyyəti nəticəsində yeni torpaq tipi yaratmağa yönələn təsir (mədəni, becərilən torpaqlar), torpaqəmələgətirən amilləri dəyişməklə (təkrar şorlaşma), həmçinin sənaye, mülki və yol çəkilməsi zamanı təbii torpaq örtüyünün pozulması ilə əmələ gəlir. Antropogen səhralar insanın təbiətə bilavasitə və vasitəli təsiri nəticəsində yaranan səhralardır. Bu səhraların sahəsin getdikcə genişlənir və 10 mln km²-ə çatmışdır (qurunun 7%ni təşkil edir). Dünyanın bütün səhralarının antropogen olması haqda fikir yürüdülür. Canlı orqanizmləri əhatə edən və insan tərəfindən dəyişdirilən ətraf mühit.
Antropogen metabolizm
Antropogen metabolizm və ya antroposfer metabolizmi — sənaye ekologiyasında, material axınının təhlilində və tullantıların idarə edilməsində insan cəmiyyətinin maddi və enerji dövriyyəsini təsvir etmək üçün istifadə olunan termin. Bu, sistemli düşüncənin sənaye və digər texnogen fəaliyyətlərə tətbiqindən yaranır, davamlı inkişafın mərkəzi konsepsiyasıdır. Müasir cəmiyyətlərdə antropogen (texnogen) material axınlarının əsas hissəsi aşağıdakı fəaliyyətlərdən biri ilə bağlıdır: "tarixdən əvvəlki dövrlərdə az metabolik əhəmiyyətə malik olan" kanalizasiya, nəqliyyat, yaşayış və kommunikasiya. Binalarda, infrastrukturda və nəqliyyat vasitələrində qlobal texnogen polad ehtiyatları, məsələn, təxminən 25 giqaton (adam başına üç tondan çox) təşkil edir ki, bu rəqəmi yalnız beton kimi tikinti materialları üstələyir. Antropogen metabolizm sosial-iqtisadi metabolizmin sinonimi kimi müşahidə olunur. İstilik balansı Noosfer Kollektiv şüur Baccini, Peter and Brunner, Paul H., Metabolism of the Anthroposphere, Springer, 1991, Heidelberg, Berlin, New York, (ISBN 978-3-540-53778-6). New edition March 2012, MIT Press, Cambridge MA, ISBN 978-0-262-01665-0.
Dördüncü Zobucuq
Dördüncü Zobucuq — Füzuli rayonunun eyniadlı inzibati ərazi dairəsi tərkibində qəsəbə. Azərbaycan Respublikası Milli Məclisinin 13 iyun 2008-ci il tarixli, 643-IIIQ saylı Qərarı ilə Füzuli rayonunun ərazisində yeni salınmış qəsəbə Dördüncü Zobucuq qəsəbəsi adlandırılmış və Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinə daxil edilmişdir. Dördüncü Zobucuq qəsəbəsi mərkəz olmaqla Dördüncü Zobucuq qəsəbə inzibati ərazi dairəsi yaradılmışdır. Qəsəbədə Qarabağ müharibəsi zamanı evlərini tərk etmiş məcburi köçkünlər məskunlaşdırılıb. Dördüncü Zobucuq qəsəbəsində torpaq islahatı aparılıb, hər bir qəsəbə sakini pay torpağı ilə təmin olunub. 2018–2019-cu təsərrüfat ilində 388 ha taxıl əkilib, 501 kq barama istehsal olunub. Qəsəbənin işıq, su, qaz, yol ilə bağlı sosial qayğıları həll olunub. Qarakollu Poçt Şöbəsi Dördüncü Zobucuq qəsəbəsində yerləşir. Poçt indeksi: AZ1926. Dördüncü Zobucuq qəsəbəsində 288 şagird yerlik məktəb binası tikilib istifadəyə verilmişdir.
Dördüncü divar
Dördüncü divar — ilk vaxtlar teatrda, daha sonra isə film, komikslər, video oyunlar kimi digər incəsənət sahələrində də istifadə olunan termin. Dördüncü divar — aktyorlarla tamaşaçılar arasında ənənəvi üçdivarlı teatrlarda olan xəyali divardır. Termin Deni Didro tərəfindən 18-ci əsrdə düşünülsə də, yalnız 19-cu əsrdə istifadə olunmağa başlanmışdır. Səhnədən və ya ekrandan birbaşa tamaşaçıya müraciət edən aktyorun hərəkəti dördüncü divarı dağıtmaq adlanır. Bu fənd əsasən komediyalarda və cizgi filmlərində geniş yayılsa da, bəzən ciddi, dramatik əsərlərdə də buna rast gəlmək olur. Dördüncü divarın dağıdılması tamaşaçılara əsərdə təsvir olunan hadisələrə daha dərindən dalmaq imkanı yaradır.
Dördüncü internasional
Dördüncü internasional — Lev Trotskinin davamçıları, yaxud trotsksistlər tərəfindən əsası qoyulan, tərkibində Marks və Engelsin Dünya inqilabı, fəhlə sinfinin qələbəsi və sosializm quruculuğu ideyaları olan beynəlxalq kommunist təşkilatı. İnternasional 1938-ci ildə Fransada Kominternin stalinistlərin tam nəzarəti altında olduğunu və onların beynəlxalq fəhlə sinfi siyasi hakimiyyəti idarə etmək qabiliyyətində olmadığını hesab edən Trotski və onun tərəfdarları tərəfindən təsis olunmuşdur. Buna görə də, burjua hakimiyyətləri (məsələn, Fransa və ABŞ) tərəfindən təzyiq göstərilən, SSRİ və son maoizm tərəfindən qeyri-legitim olduğuna görə ittiham olunan, NKVD agentləri tərəfindən təqib olunan bir çox xadimlər özlərinin xüsusi "Dördüncü İnternasional"ını qurdular. İnternasional ilk dəfə 1940-cı ildən parçalanmalara, təfriqəyə məruz qalıb, ən əhəmiyyətli parçalanma isə 1953-cü ildə baş verib. 1963-cü ildə qismən birləşdirilməsinə baxamayaraq, bir çox qruplar təsdiq edirlər ki, onlar məhz Dördüncü internasionalın varisi, ardıcılı kimi təmsil olunurlar.
Dördüncü simfoniya
Dördüncü simfoniya (Part)
Dövr (astronomiya)
Dövr — Astronomiyada Günəş dövriliyi nəzərdə tutulur və günəş fəallığının dəyişiklikləri nəticəsində müşahidə olunur. Ən yaxşı öyrənilmiş və daha çox tanınmış 11 illik Günəş dövrləridir. Günəş fəallığının dəyişikliklərinin əsas səbəbkarları Günəşin səthində görünən ləkələr hesab olunur. Günəşin səthində görünən ləkələrin sahəsi dəyişdikçə Günəşin fəallığıda dəyişir. Bu proses dövri xarakter daşıyır. Alimlər 11 iilik, 22 illik, əsrlik, 2 əsirlik, minillik, 2300 illik və s. Günəş dövrlərini müşahidə edirlər.
Dövr (geologiya)
Dövr - tarixi geologiyada nisbi geoxronoloji şkalanın vahidi. Yerin və canlılar aləminin inkişafının böyük bir mərhələsinə uyğundur. Eranın bir hissəsi olub, sistemin əmələgəlmə vaxtı və geoxronoloji ekvivalentidir. Dövr mütləq davamiyyəti bir neçə on milyon illərlə ölçülür (~1,8 mln il davam etmiş dördüncü dövrdən başqa). Dövr Yer qabığının ehtizazi və horizontal hərəkətlərilə səciyyələnir. Yer üzərində dəniz hövzələrinin paylanması və forması, həmçinin fauna və flora aləmində baş verən dəyişikliklər bu hərəkətlərlə bağlıdır. Çox vaxt bu iri hərəkətlər, dövrlərin müxtəlif əsrlərində və ya onların sərhədlərində baş verən daha zəif ehtizazi hərəkətlər və qırışıq əmələgətirmə prosesləri ilə müşayiət edilir. Dövr 2 və ya bir neçə əsrə bölünür. Dövr adı sistemin adından əmələ gəlir. Geologiya Geologiya terminlərinin izahlı lüğəti.
Dövr dəqiqə
Dəqiqədə edilən dövriyyə sayı (dövr/dəq, 1/dəq, dəq−1, həmçinin rpm [revolutions per minute]) — Dərəcə tezliyinin ölçü vahidi (sabit ox ətrafında baş verən tam dövriyyələrin sayı). Mexaniki komponentlərin fırlanma sürətini ölçmək üçün istifadə olunur. Həmçinin saniyədə dövrlər sayı istifadə olunur (simvollar: dəq/s və ya s−1). Dəqiqədəki dövrlər sayı 60-a bölünmə ilə saniyədə dövrlər sayına çevrilir. Əks dönüşüm: saniyədə dövrlər dəqiqədəki dövrlər sayına keçmək üçün 60 tərəfindən vurulur.
Müasir dövr
Müasir dövr əksər tarixçilərin Fransa İnqilabı Sənaye İnqilabı ilə başladığını qəbul etdiyi və bu gün də davam edən tarixi dövrlərin sonuncusudur. Fransız İnqilabının təsiri ilə millətçilik hərəkatı yarandı. Bu cərəyan milli dövlətlərin yaranmasına və imperiyaların dağılmasına səbəb oldu. Respublika və demokratiya indiki formasını aldı. Müstəmləkə yarışı Birinci Dünya Müharibəsinə, Birinci Dünya Müharibəsi isə İkinci Dünya Müharibəsinə səbəb oldu. ABŞ müstəqilliyini əldə etdi. Kommunizm yarandı. Meyci inqilabı ilə Yaponiya dünyanın super güclərindən birinə çevrilməyə başladı. Alman ittifaqı əldə edildi. Rusiya imperiyası dağıldı, onun yerində SSRİ quruldu.
Orbital dövr
Orbital dövr — bir göy cisminin xarici ağırlıq mərkəzi və ya başqa bir göy cismi ilə ümumi olan bir kütlə mərkəzi ətrafında orbitdə tam bir inqilab etdiyi vaxtdır. Göy mexanikasının öyrənilməsi mövzusudur. Orbital dövr göy cisminin ölçüsündən asılı deyil. Kiçik bir təbii ədədə bərabər olan iki (və ya daha çox) göy cisminin orbital dövrlərinin nisbəti orbital rezonansa səbəb olur və cismin orbital dövrünün və onun oxu ətrafında fırlanma dövrünün belə bir nisbəti ilə — spin-orbitala. rezonans. Günəş sistemindəki toz hissəciklərinin orbital dövrü Poyntinq-Robertson effektinə görə azala bilər. Keplerin üçüncü qanununa görə, dairəvi və ya elliptik orbitdə bir-birinin ətrafında fırlanan iki cismin orbital dövrü T (saniyələrlə) T = 2 π a 3 μ {\displaystyle T=2\pi {\sqrt {\frac {a^{3}}{\mu }}}} a — orbitin yarım əsas oxudur μ = GM standart qravitasiya parametridir G — qravitasiya sabitidir M — daha böyük cismin kütləsidir. Eyni yarım böyük oxa malik bütün elliptik orbitlər üçün ekssentriklikdən asılı olmayaraq, inqilab dövrü eynidir. μ = GM standart qravitasiya parametridir Əksinə, verilmiş orbital dövrə malik olmaq üçün cismin fırlanmalı olduğu məsafəni hesablamaq üçün formula belədir: a = G M T 2 4 π 2 3 {\displaystyle a={\sqrt[{3}]{\frac {GMT^{2}}{4\pi ^{2}}}}} Məsələn, 100 kq bədən kütləsi ilə hər 24 saatda bir hərəkəti başa çatdırmaq üçün kiçik bir cisim öz kütlə mərkəzindən 1,08 metr məsafədə fırlanmalıdır. Nisbətən kiçik bir cisim dairəvi bir orbitdə hərəkət etdikdə və kütlə mərkəzinin sıxlığından asılı olduqda — p (kq / m³), ​​yuxarıdakı tənlik sadələşdirilir: T = 3 π G ρ {\displaystyle T={\sqrt {\frac {3\pi }{G\rho }}}} .
Orogen dövr
Orogen dövr — Ştilleyə görə Yer qabığının anormal inkişaf dövrü. Bəzi tədqiqatçılara (Mossakovski, 1965) görə orogen dövr üç mərhələyə ayrılır: I-alt molasslar mərhələsi, II-dağəmələgəlmə mərhələsi, III-üst molasslar mərhələsi. Digər alimlər yer qabığının yaranması tarixində orogen və epeyrogen mərhələlərinin növbələşməsini mümkün saymırlar. Şatskiyə görə (1937), bu proseslər eyni vaxtda baş verir və bir-biri ilə sıx əlaqədə olur. Tipik orogen (qırışıqəmələgəlmə) hərəkətləri arasında tədrici keçid vardır. Orogen- (rus. ороген, ing. orogen) (yun. oros- dağ və genos — əmələ gəlmə , yaranma) geosinklinalın inkişafının son mərhələsində onun yerində / epigeosinklinal orogen/, yaxud platformanın yerində onun fəallaşması mərhələsində / epiplatforma orogen/ yaranmış dağ sistemi. Ilk dəfə " orogen" termini 1921-ci ildə Avstriya geoloqu L. Kober tərəfindən geosinklinalın qalxma hərəkətləri və dağların yaranması ilə səciyyələnən ikinci inkişaf mərhələsi üçün təklif edilmişdir.
Prenatal dövr
Hamiləlik kişidən gələn sperma ilə qadının yumurtalıqlarından atılmış olan yumurtanın döllənməsindən doğuma qədər keçən 40 həftəlik (280 gün) dövrə verilən addır. Döllənmənin meydana gəldiyi andan 8 həftənin sonuna qədər keçən dövrə embrionduq dövr deyilərkən bundan sonrasına və doğuma qədər olan dövrə də fetal dövr deyilir. Mütəxəssislər spermanın vagina içərisində ən uzun müddət qala bildiyi pozanı hamilə qalmaq üçün ən uyğun poza olduğunu bildirirlər. Ayrıca cinsi əlaqədən sonra qadının görəcəyi tədbirlər hamilə qalmaq şansını artırır. Misyoner pozada (kişinin üstdə olduğu) münasibət zamanı və münasibət sonrasında 1saat belin altına yastıq qoyaraq uzanmaq spermlərın daha rahat və uzun müddət vaginada qalmasını təmin edir. Ancaq yastıq çox qalın olmamalıdır. Diz dirsək pozasında olan bərabərlik hamilə qalmaq üçün ən uyğun şəkildir. Belə pozada bərabərlikdən sonra arxası üstə uzanmaq və belin altına yastıq qoymaq lazımdır. Ayaq üstə, oturan formada və ya qadının üstdə olduğu pozalarda spermanın vaginadan kənara axdığı üçün hamilə qalmağa uyğun poza deyil. Geniş yayılmış poza: kişinin üstdə, qadınla üz-üzə olduğu pozadır.
Qaranlıq dövr
Qaranlıq dövr — ənənəvi olaraq orta əsrlərə aid olan və Qərbi Roma İmperiyasının süqutundan sonra Qərbi Avropada demoqrafik, mədəni və iqtisadi bir geriləmənin baş verdiyini bildirən dövri bir tarixdir. Qaranlıq dövr deyimi ilk dəfə İntibah dövrü İtaliyasında istifadə edilmişdir. İtalyan filosofu və şairi Françesko Petrarka (1304 - 1374) ilk dəfə bu ifadəni işlətmişdir. Bu, orta əsrlərdə avropalıların mənfi baxışlarının göstəricisi idi. Həqiqətən, bu dövrdə Avropada Latın ədəbiyyatının geriləməsi, ümumilikdə əhalinin sayının azalması, müxtəlif texniki mövzularda, memarlıq və digər mədəniyyət sahələrində geridəqalma meyli müşahidə olunur. Qaranlıq dövr termini əslində bir Avrosentrik bir nöqtəni əks etdirir, çünki Avropalıların Qaranlıq dövr olaraq qəbul etdikləri zaman İslam sivilizasiyasının ən parlaq dövrlərindən biridir. Qaranlıq dövrün başlanğıc və son tarixləri də müzakirə mövzusudur. Bəziləri başlanğıc tarixi üçün 410-cu ili əsəs götürərkən, digərləri Romada son imperatorun hakimiyyət illərinin bitdiyi 476-cı ili əsas götürürlər. Bitiş tarixini Böyük Karlin Papa tərəfindən İmperator elan edildiyi 800-cü ili götürənlər də var. Orta əsrlər insanlıq üçün qaranlıq olsa da, teatr üçün maarifləndirmə prosesi idi.
Qızıl dövr
Qızıl dövr və ya Qızıl Əsr aşağıdakı mənalara gələ bilər: Qızıl Əsr (mifologiya) - türk mifologiyasında, xalq inancında və ictimai fəlsəfədə mükəmməl dünya idealı. Qızıl dövr (metafor) - bir siyasi-ictimai qurumun yüksək nailiyyətlər əldə etdiyi dövr. Altın əsr - Türkmənistanda göl.
Qədim dövr